İdman 14:04 / 29.09.2025
Bu gün Azərbaycanda III MDB Oyunları çərçivəsində keçirilən boks yarışlarına start verilib.
Yeni istifadəyə verilən Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Aysel Fərəcova da rinqə çıxıb. 46 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz mübarizəyə 1/4 finaldan başlayıb. Belarus idmançısı Aliaksandra Kustsikava ilə qarşılaşan xanım boksçumuz görüşü 5:0 hesablı qələbə ilə başa vurub.