XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Stolüstü tennisçilərimiz III MDB Oyunlarını 9 medalla başa vurdular
İdman 12:54 / 29.09.2025

Qəbələdə III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarına yekun vurulub.

Olimpnews.az xəbər verir ki, sonuncu yarış günündə komandamız daha üç medal qazanıb. Əvvəlcə millimizin üzvü Onur Quluzadə fərdi yarışlarda Rusiya idmançısı Yevgeni Dosova 3:0 hesabı ilə məğlub olaraq gümüş medala sahib olub.

Günün digər final qarşılaşmalarında isə Adil Əhmədzadə və Mərziyyə Nurmətova fərdi yarışları gümüş medalla başa vurublar. Təmsilçilərimiz finalda müvafiq olaraq, Yevgeni Vasikov və Zlata Terekova (hər ikisi Rusiya) hər üç setdə məğlub olaraq ikinci yeri tutublar.

Beləliklə, Qəbələ Olimpiya İdman Kompleksində keçirilən stolüstü tennis yarışlarına yekun vurulub. Azərbaycan millisi 6 idmançı ilə təmsil olunduğu Oyunların stolüstü tennis yarışlarını 9 (6 gümüş, 3 bürünc) medalla başa vurub.

Qeyd edək ki, yarışların əvvəlki günlərində Azərbaycanın qızlardan (Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Aylin Əsgərova) və oğlanlardan (Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılı) ibarət stolüstü tennis seçməsi gümüş medala yiyələnib. Digər gümüş medalı isə komandamızın aktivinə Onur Quluzadə ilə Adil Əhmədzadə cütlüyü qoşa yarışlarda yazdırıb.

Bürünc mükafatları isə 14 yaşlılar arasında Yağmur Məmmədli, həmçinin qarışıq-qoşa yarışlarında Onur Quluzadə-Mərziyyə Nurmətova cütlüyü və qoşa yarışlarında mübarizə aparan Aylin Əsgərova-Yağmur Məmmədli tandemi qazanıb.


9596 oxunub

InvestAZ