İdman 18:18 / 28.09.2025
Azərbaycan komandası III MDB Oyunları çərçivəsində keçirilən stend atıcılığı üzrə yarışlarda ilk medalını qazanıb.
Təmsilçilərimiz Cavid Həsənov və Cəmilə Paşayeva bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.