XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



III MDB Oyunları: Bu gün dörd idman növü üzrə yarışlar keçiriləcək
İdman 09:10 / 28.09.2025
Bu gün Azərbaycanda keçirilən III MDB Oyunlarında üçüncü yarış gününə start veriləcək.

İdmançılar dörd idman növü üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Qəbələ Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq. Azərbaycan təmsilçilərindən oğlanlar arasında Onur Quluzadə və Adil Əhmədzadə, qızlardan isə Mərziyə Nurmətova birincilik uğrunda mübarizə aparacaqlar.

Bu gün, həmçinin 3 növ üzrə yarışlara start veriləcək. Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük, Şəki şəhər stadionunda çövkən yarışları da təşkil olunacaq. Stend atıcılığında qarışıq komanda, qadın və kişilərin fərdi yarışları, üzgüçülükdə sərbəst, arxası üstə, brass, kəpənək və qarışıq proqramlar üzrə yarışlar təşkil olunacaq.

Azərbaycan çövkən millisi isə A qrupunda Qırğızıstanı sınağa çəkəcək. B qrupundakı matçda Özbəkistan Qazaxıstanla üz-üzə gələcək.

9988 oxunub

InvestAZ