Bu gün Azərbaycanda təşkil olunan III MDB Oyunlarının açılış mərasimikeçiriləcək.
Gəncə şəhər stadionunda təşkil olunacaq mərasimsaat 19:00-da başlayacaq. Mərasimdə Azərbaycan komandasının üçrəngli bayrağını karate üzrəüçqat Avropa çempionu, 2019-cu il II Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının qalibi, 2011-ci il Dünya çempionatının gümüş mükafatçısı Asiman Qurbanlı və taekvondo üzrə Olimpiya çəki dərəcələrində Avropa çempionatının bürünc mükafatçısı, gənclər arasında Avropa çempionu Zemfira Həsənzadə daşıyacaq.
Setyabrın 26-da start götürənOyunlarda 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə heyəti qatılıb.Oyunlarda Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda təşkil olunur.
III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçirilir. Oyunların bağlanış mərasimi oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, Azərbaycan idmançıları indiyədək keçirilmiş MDB Oyunlarında 122 medal qazanıblar.Onlardan 25-i qızıl, 33-ü gümüş, 64-ü bürünc medal olub.
İlk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB OyunlarındaAzərbaycan təmsilçiləri 60 (15 qızıl, 16gümüş, 29 gümüş)medal əldə ediblər. Komandamız bu nəticə iləmedal sıralamasında dördüncü yeri tutub.
2023-cü ildə Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında isə Azərbaycan komandası62 (10 qızıl, 17 gümüş, 35 bürünc) medalladördüncü pillədə qərarlaşıb.