XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



"Judo Club 2012”nin cüdoçuları fəxri kürsüdə
İdman 10:39 / 28.09.2025
Sentyabrın 27-də Çexiyanın paytaxtı Praqada cüdo üzrə açıq Avropa turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 4 üzvü medal qazanıb ki, onların 3-ü "Judo Club 2012”nin idmançılarının payına düşüb.
Klubun nümayəndələrindən Nazir Talıbov (-66 kq) gümüş medala sahib çıxıb. -60 kq çəki dərəcəsində tatamiyə çıxan Hüseyn Allahyarov və Murad Muradlı isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Azərbaycan yığmasının heyətində günün yeganə qızıl medalını isə İslam Rəhimov (-66 kq) qazanıb. Bununla da komandamız ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuraraq ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirdə 35 ölkədən 405 idmançı mübarizə aparır. Azərbaycan komandası 11 çəki dərəcəsində 23 cüdoçu (15 kişi, 8 qadın) ilə təmsil olunur.

10003 oxunub

InvestAZ