XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Milli Olimpiya Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
İdman 18:31 / 27.09.2025
27 Sentyabr Anım Günü ilə əlaqədar Milli Olimpiya Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri Zəfər abidəsi önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. 44 gün ərzində Azərbaycan ordusu dünyaya öz gücünü göstərərək, düşmən üzərində şanlı zəfər qazanmışdır. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirlər.

10282 oxunub

InvestAZ