İdman 21:59 / 26.09.2025
"Ferrari"nin yeddiqat Formula 1 çempionu Lyuis Hemilton "Pirelli"nin 2026-cı il mövsümü üçün təkər sınaqlarından imtina edib. İtaliya komandası "Mugello" testindəHemiltonu keçmiş "Alfa Romeo/Sauber" nümayəndəsi Quanyu Çjou iləəvəzləyəcək. Britaniyalının bu testəiştirak etməməsinin səbəbi açıqlanmayıb."Racingnews365" bunun Lyuisin 12 yaşlı buldoqu Roskonun sağlamlığı iləbağlı olduğunu qeyd edib.