XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



III MDB Oyunlarında iştirak edəcək cüdoçularımız müəyyənləşib 
İdman 18:13 / 26.09.2025
Azərbaycanı III MDB Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub.

Turnirdə Azərbaycanı 16 çəki dərəcəsində 28 cüdoçu (16 oğlan, 12 qız) təmsil edəcək.

Qızlardan Sunay Salamova (40 kq), Gülşən Hüseynova, Xədicə Abdullayeva (hər ikisi 44 kq), Leyla Ələkbərova, Nərmin Ağamirzəzadə (hər ikisi 48 kq), Aysun Məmmədova (52 kq), Nəzakət Vəliyeva, Gülnaz Məmmədtağıyeva (hər ikisi 57 kq), Aydan Əliyeva (63 kq), Fidan Cəlilli, Məsumə Məmmədli (hər ikisi 70 kq), Zemfira Əliyeva (+70 kq) tatamiyə çıxacaqlar.

Oğlanlardan Devid Mahmudov, Anar Quliyev (hər ikisi 50 kq), İbrahim Talıbov, Məmmədəli Hüsiyev (hər ikisi 55 kq), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kq), Hüseyn Hüseynov, Fəxri Sahibzadə (hər ikisi 66 kq), Sadiq Məmmədov, Yusif Nəzər (hər ikisi 73 kq), Məhəmməd Ağakişiyev, Abdulla Rəhmətov (hər ikisi 81 kq), Nurəddin Əliyev, Səid Hüseynov (hər ikisi 90 kq), Tunar Fərzəliyev, Sübhan Axundov (hər ikisi +90 kq) mübarizə aparacaqlar.

Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Kotaro Sasaki və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov, İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, III MDB Oyunlarının cüdo yarışlarında ölkəmizlə yanaşı, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan 91 idmançı (50 oğlan, 41 qız) qüvvəsini sınayacaq. Cüdo yarışları oktyabrın 4-5-də Göygöl Olimpiya İdman Kompleksində təşkil ediləcək.

10721 oxunub

InvestAZ