XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Çingiz Hüseynzadə: “Azərbaycanda basketbolun inkişafı göz qabağındadır"
İdman 15:57 / 25.09.2025
"Bu tədbirdə olmaq çox xoşdur".
Olimpnews.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Basketbol Liqasının yeni mövsümü ilə bağlı keçirilən tədbirdə deyib.
O, ölkə basketbolunun ildən-ilə inkişaf etdiyini qeyd edib: "Azərbaycanda basketbolun inkişafı göz qabağındadır. Qadınlardan ibarət 3x3 millimiz ötən il Parisdə təşkil edilən Olimpiya Oyunlarında uğurla çıxış etdi. Basketbol Liqası da yüksək səviyyədə keçirilir. Azarkeşlərin bu idman növünə marağı getdikcə artır. Bu il üç kişi komandası bizi avrokuboklarda təmsil edir. Arzu edirəm ki, gələcəkdə basketbolumuz reytinqli ölkələr arasında yer alsın”.

Qeyd edək ki, reqlamentə əsasən, çempionatın oyunları 4 dövrəli, 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümün oyunları A və B qrupları üzrə baş tutacaq. Ötən mövsüm göstərdikləri yekun nəticələrə əsasən, klubların mübarizə aparacaqları qruplar aşağıdakı kimidir:

A qrupu: "Sabah", "Neftçi", "Şəki", "Abşeron Lions", NTD, "Gəncə"

B qrupu: "Naxçıvan", "Ordu", "Sərhədçi", "Sumqayıt", "Quba", "Lənkəran"


10939 oxunub

InvestAZ