İdman 15:16 / 25.09.2025
Bu gün futbol üzrə UEFA Avropa Liqasının Liqa mərhələsində I turun oyunları davam edir.
Bu gün əsas mərhələnin birinci turu çərçivəsində daha 9 qarşılaşma təşkil olunacaq. Günün ilk iki oyunu Bakı vaxtı ilə saat 20:45-də təşkil olunacaq. Niderlandın "Qou Ehed İqlz" komandası dogma meydanda Rumıniyanın FCSB klubu ilə qarşılaşacaq. "Lill” (Fransa) klubu isə Norveç "Brann"ı ilə üz-üzə gələcək.
Gecənin digər yeddi qarşılaşması isə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İngiltərənin "Aston Villa" klubu İtalyanın "Bolonya", İsveçrənin "Yanq Boyz" komandası isə Yunanıstan "Panatinaikos"unu qəbul edəcək. "Zaltsburq" Avstriyada "Portu"nu, (Portuqaliya), "Utrext" isə Niderlandda Fransanın "Lion" klubu ilə qarşılaşacaq. Macarıstan təmsilçisi "Ferentsvaroş" "Viktoriya"nı (Çexiya), Şotlandiyanın "Reyncers" klubu isə Belçikanın "Genk" komandasını qonaq edəcək. Almaniyanın "Ştutqart" klubu isə doğma azarkeşlər önündə İspaniya "Selta"sını sınağa çəkəcək.