Beş ildən sonra "Bayern"dən ayrılmaq istəyir
İdman 16:51 / 23.09.2025
Münhen "Bayern"inin müdafiəçisi Dayot Upamekano Almaniya Bundesliqasını tərk etmək istəyir. Fransalı futbolçu Madrid "Real"ında oynamaq arzusunu həyat keçirmək istəyir. 26 yaşlı müdafiəçinin agenti artıq Madrid rəsmiləri ilə danışıqlara start verib. Qeyd edək ki, Upamekano 2021-ci ilin yayından Münhen klubunun uğurları üçün çalışır. Onun hazırkı müqaviləsi gələn ilin iyun ayının sonunda başa çatır. Transfermarkt Upamekanonun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
12179 oxunub