XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Fabreqas qazandığı pulu fonda köçürəcək
İdman 16:15 / 23.09.2025
«Komo»nun baş məşqçisi Sesk Fabreqas klubun «Sassuolo» ilə matçdan əldə etdiyi bütün gəliri ölkədə daşqınlardan xilasetmə işlərinə bağışlayacağını açıqlayıb. "Fikirlərim bu gün komolu insanların yanındadır. Gözəl gölümüzün daşdığını və onun vurduğu ziyanı görmək bizə pis təsir edir. Komo mənim üçün sadəcə bir şəhər deyil; bu, evdir, ailədir, bir cəmiyyətdir", - deyə Fabreqas sosial şəbəkə hesabında paylaşım edib. Yayılan məlumata görə sentyabrın 24-də "Sassuolo" ilə keçiriləcək İtaliya kuboku oyunundan əldə olunan bütün gəlir də yaradılan fonda köçürüləcək.
11453 oxunub

InvestAZ