XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



"Qızıl top" mükafatının qalibi müəyyənləşdi
İdman 01:19 / 23.09.2025
"France Football" nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi "Qızıl top" mükafatının sahibi bəlli olub.
Təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdə keçirilib.
Fransa seçməsinin və PSJ klubunun hücumçusu Usman Dembele ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
Qadınlarda "Qızıl top"a ardıcıl üçüncü dəfə İspaniya yığmasının və "Barselona"nın üzvü Aitana Bonmati layiq görülüb.
2025-ci ilin ən yaxşı gənc futbolçusu isə İspaniya millisinin və "Barselona" komandasının üzvü Lamin Yamal seçilib.
İlin ən yaxşı kişi məşqçisi Fransanın PSJ klubunun çalışdırıcısı Luis Enrike, ilin ən yaxşı qadın məşqçisi isə İngiltərə millisinə rəhbərlik edən Sarina Vieqman olub.
Bundan başqa, "Qızıl top"un təltifetmə mərasimində "Lev Yaşin" mükafatı PSJ klubunun italiyalı sabiq qapıçısı, hazırda "Mançester Siti"də çıxış edən Canluici Donnarummaya təqdim edilib. Fransanın PSJ klubu ilin ən yaxşı klubu mükafatının qalibi olub.
Qeyd edək ki, ötən il İngiltərənin "Mançester Siti" komandasının ispaniyalı yarımmüdafiəçisi Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.


10331 oxunub

InvestAZ