XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Millimiz dünya çempionatında ikinci yeri tutdu
İdman 11:02 / 22.09.2025
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
İlin ən mötəbər yarışında güləşin hər üç növündə təmsil olunan pəhləvanlarımız 8 medal qazanıblar. Mübarizəyə ilk olaraq sərbəst güləşçilərimiz başlayıblar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında 10 sərbəst güləşçimiz mübarizə aparıb. Təmsilçilərimiz yarışı 4 bürünc medalla başa vurublar. Sərbəst güləşçilərimizdən Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Giorgi Meşvildişvili (125 kq) bürünc medala sahib çıxıb.
Yarışın son günlərində isə mübarizəyə yunan-Roma güləşçilərimiz başlayıblar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev, Elvin Mürsəliyev və Kamran Məmmədovun rəhbərliyi altında 10 idmançımız ölkəmizi təmsil edib. Klassiklərimiz yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Yığmamızın tərkibində Ülvü Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal qazanıb. Yarışı 4 medalla başa vuran yunan-Roma güləşi millimiz 89 xalla dünya çempionatında ikinci yeri tutub. İran (180 xal) birinci, Özbəkistan (72 xal) komandası isə üçüncü yerə sahib çıxıb.
Qeyd edək ki, dünya çempionatında I-S dərəcəli hakimimiz Sədi Quliyev də ədaləti qoruyub.

11143 oxunub

InvestAZ