İdman 09:59 / 22.09.2025
Futbol üzrə İtalya A Seriyasında dördüncü turun daha bir oyunu keçirilib. "İnter" klubu doğma meydanda "Sassuolo"nu qəbul edib. "Cüzeppe Meattsa"da keçirilən oyun "İnter"in minimal hesablı qələbəsi ilə yekunlaşıb -2:1. "İnter" qələbə sayəsində xallarının sayını 6-ya çatdıraraq 10-cu pilləyə yüksəlib. Aktivində üç xalı olan "Sassuolo" isə 14-cüdür. Tura bu gün keçiriləcək "Napoli" - "Piza" oyunu ilə yekun vurulacaq.