XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Yardımlıda "İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib
İdman 11:12 / 22.09.2025
Yardımlıda "İdman hamı üçün" layihəsi çərçivəsində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə kütləvi açıq idman tədbiri keçirilib.
Tədbirdə atletika, futbol, voleybol, ağırlıqqaldırma, şahmat, dama və digər oyun növləri üzrə nümunəvi çıxışlar olub.
Məkanı Yardımlı İdman Kompleksi olan kütləvi idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, ona marağın artırılması, fiziki inkişafına, sağlam həyat tərzinə çağırış, eləcə də asudə vaxtın səmərəli təşkili olub.
Bu səpkili tədbir Masallıda da böyük maraq yaradıb. Şəhər Nizami Gəncəvi adına xatirə parkında keçirilən tədbirdə isə taekvondo, boks, sərbəst güləş, yerindən uzununa tullanma idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.

10395 oxunub

InvestAZ