XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



"Barselona" üç xalı üç qolla qazandı
İdman 01:18 / 22.09.2025

İspaniyanın "Barselona" klubu La Liqada növbəti qələbəsini qazanıb.

Kataloniya təmsilçisi V turda "Xetafe"ni 3:0 hesabı ilə məğlub edib. Hans-Diter Flikin komandasının heyətində Ferran Torres dublla yadda qalıb. O, 15 və 34-cü dəqiqələrdə rəqib qapısına yol tapıb. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Dani Olmo qoyub. Beləliklə, qələbə sayəsində xallarının sayını 13-ə çatdıran "Barselona" klubu ikinci pillədə qərarlaşır. Kataloniyalılar lider "RealMadrid"dən iki xal geri qalır. "Xetafe" isə 9 xalla səkkizinci pillədədir.


10714 oxunub

InvestAZ