XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Bu il Formula 1 Azərbaycan Qran-prisində fəaliyyət göstərəcək marşalların sayı açıqlanıb
İdman 14:05 / 18.09.2025

Sabah Bakıda start götürəcək Formula 1 Azərbaycan Qran-prisində 1 500-ə yaxın marşal fəaliyyət göstərəcək.
Bakı Şəhər Halqasından verilən məlumata görə, marşallar bu gün səhər saatlarından etibarən Atletlər kəndində yerləşən düşərgələrindən tras ərazisinə yola düşüblər. Onlar artıq postlarına yerləşərək yarış günlərində qarşılaşa biləcəkləri bütün vəziyyətlərə hazırlaşırlar.
Marşallar müxtəlif funksional qruplara bölünür: yanğın marşalları, bayraq marşalları, "track” marşalları və digər dəstək komandaları. Hər bir qrupun özünəməxsus vəzifəsi var, amma hamısını birləşdirən əsas məqsəd azarkeşlər ilə pilotlar üçün təhlükəsiz və problemsiz yarış atmosferi yaratmaqdır.
Bu gün onlar tras boyunca gəzərək öz postları ilə tanış olub, təlimatlar alıb və müxtəlif ssenarilər üzrə hazırlıq məşqləri keçiblər. Hər bir marşalın rolu öncədən müəyyənləşdirilib və bütün fəaliyyətlər təhlükəsizliyin yüksək səviyyədə qorunmasına xidmət edir.
Formula 1 marşalları yalnız Azərbaycanda deyil, bütün dünyada könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Onların əksəriyyəti Formula 1-ə olan böyük sevgi və həyəcanla bu prosesə qoşulur. Bir çox marşal üçün bu, peşəkar karyeradan çox, fədakarlığın və motorsporta bağlılığın göstəricisidir.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi 2025 sentyabrın 19–dan 21-dək Bakı şəhərinin mərkəzi küçələrində keçiriləcək.


11107 oxunub

InvestAZ