XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Tahir Gözel: "Qarabağ"ın qələbəsini Prezident İlham Əliyevə həsr edirik"
İdman 10:45 / 17.09.2025

"Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının əsas mərhələsində "Benfika" üzərində qazanılan qələbəni Prezident İlham Əliyevə həsr edib.

Bu barədə klub rəhbəri Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir:

"Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik".

Qeyd edək ki, "Qarabağ" Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2.

Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.


11554 oxunub

InvestAZ