XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Lerikdə "İdman hamı üçün" layihəsi çərçivəsində tədbi keçirilib
İdman 15:18 / 16.09.2025

Lerikdə Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lerik şəhər Heydər Əliyev Meydanında "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib.

Müxtəlif yaş kateqoriyasından olan şəxslər idmanın gimnastika, futbol, voleybol, şahmat, nərd, uzunluğa tullanma, tibbi topun atılması, qol güləşi, turnikdə dartınma, ağırlıqqaldırma, daş qaldırma, kəndirlə mübarizə növləri üzrə, kiçik yaşlı iştirakçılar isə əyləncəli oyunlarda öz güclərini sınayıblar.

Kütləvi idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili olub və 105 nəfər idmançı, 50 nəfər şəhər sakinin iştirak ilə baş tutub.



12388 oxunub

InvestAZ