XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Güləş üzrə 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək
İdman 14:03 / 14.09.2025

17 yaşadək güləşçilər arasında dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.

Bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Braşovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Bakıya həvalə edilib.

Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul - 2 avqustda Milli Gimnastika Arenasında müəyyənləşəcək.

Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.


13941 oxunub

InvestAZ