XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Messi millidəki karyerası ilə bağlı suallara aydınlıq gətirdi
İdman 11:58 / 05.09.2025
Argentina millisi futbol üzrə dünya çempionatının 2026-cı il üçün seçmə mərhələsi çərçivəsində Venesuela millisini qəbul edib.
Oyun son dünya çempionlarının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Argentina millisinin heyətində Lionel Messi (39, 80) və Lautaro Martinez (76) fərqlənib. Oyundan sonra Messi milli komandadakı karyerasını bititib-bitirməməsi sualına aydınlıq gətirib. "Futbolu oynamağı çox sevirəm. Bunun heç vaxt bitməsini istəmirəm. Amma həmin an gec-tez gələcək və futbolla vidalaşacağam. Həmişə dediyim kimi, hər şeyi addım-addım etmək, hər günü hiss edərək yaşamaq istəyirəm. Burada, futbolu bu şəkildə yekunlaşdırmaq həmişə arzuladığım bir şey idi. Uzun illər keçdi və biz hər oyundan zövq aldıq. Mən çox xoşbəxtəm. Skaloni ilə danışdım və biz qərara gəldik ki, bir qədər dincəlməliyəm və Ekvadora qarşı səfər matçına çıxmamalıyam. Dediyim kimi, zədəmi yeni sağaltmışam. Artıq yaxşı olsam da, həm səyahəti, həm də əlavə bir oyun keçirməyi riskə atmamaq üçün belə qərar verdik. Mən yaxşıca dincəlməli və qarşıdakı oyunlara düzgün şəkildə hazırlaşmalıyam”, - deyə Messi bildirib.

14713 oxunub

InvestAZ