XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Azərbaycan Cüdo Federasiyası gənc idmançılar arasında baş vermiş insidentlə bağlı qərarını açıqlayıb
İdman 14:39 / 03.09.2025

Azərbaycan Cüdo Federasiyası (ACF) gənc oğlanlardan ibarət milli komandanın Avropa Kubokunda iştirak üçün Şimali Makedoniyaya səfəri ərəfəsində yığma üzvləri Tuncay Şamil və Aslan Kotsoyev arasında baş vermiş insidentlə bağlı qərarını açıqlayıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Hər iki idmançı yarışdan kənarlaşdırılıb və məsələ qurumun Nizam-İntizam Komitəsində araşdırılıb.

Nizam-İntizam Komitəsi idmançılarla görüşlər keçirib, onların yazılı izahatlarını və mövcud faktları (səs yazılarını) nəzərdən keçirib. Eyni zamanda idmançıların indiyə qədər nümayiş etdirdikləri davranışları və aldıqları cəzaları, həmçinin milli komanda rəhbərliyinin təkliflərini qiymətləndirib.

Komitə Tuncay Şamilin Beynəlxalq Cüdo Federasiyasının Etik Kodeksinə, ACF-nin Etika Məcəlləsinə və ümumilikdə cüdo dəyərlərinə zidd hərəkətləri səbəbindən yığmanın tərkibindən müddətsiz uzaqlaşdırılması, milli komandanın tərkibində beynəlxalq yarış və təlim-məşq toplanışlarında iştirakına qadağa qoyulması barədə qərar verib.

Qeyd edək ki, bundan əvvəl də Tuncay Şamil dəfələrlə daxili qaydaları pozub, beynəlxalq və yerli yarışlardan kənarlaşdırılıb.


12049 oxunub

InvestAZ