XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Bakıda “Spartak” cüdo zalı açılıb
İdman 10:38 / 03.09.2025
Sentyabrın 2-də Bakıda "Spartak” cüdo zalının açılış mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, ACF-in idman direktoru, baş katibin müavini Kamran Talıbov, tanınmış idmançılar və qonaqlar iştirak ediblər.
Mərasimdə vurğulanıb ki, yeni idman zallarının istifadəyə verilməsi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və cüdonun təbliği, onların asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət kəsb edir.
Zal ACF tərəfindən müasir standartlara uyğun tatamilərlə təchiz edilib. Fiziki hazırlıq zonası cüdoçuların inkişafı üçün zəruri avadanlıqlarla təmin olunub. Ümumi sahəsi 450 kv.m olan məkanda valideynlər üçün gözləmə zonası, eləcə də məşqçi və paltardəyişmə otaqları mövcuddur. Zalda eyni vaxtda 70 idmançının cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.

13349 oxunub

InvestAZ