XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə futbol turniri keçirilir
İdman 18:30 / 02.09.2025
Lənkəran rayon, Kənarmeşə kənd stadionunda Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kişilər arasında futbolüzrə Lənkəran - Astara region turnirinin açılış mərasimi keçirilib.
Mərasimində Azərbaycan Respublikasının dövlət himni səslənib, müstəqilliyimiz, Vətən torpaqların azadlığı uğrunda canındankeçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsi əməkdaşların, Kənarmeşə kənd icra nümayəndəsinin, şəhid ailələri və kənd sakinlərin iştirak etdiyi turnirin açılış mərasimində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Yusif Xamiyev, şəhid Məhəmməd Hüseynovun anası, Kənarmeşə kənd icra nümayəndəsi və Kənarmeşə kənd orta məktəbinin müəlliməsi çıxış edərək komandalara uğurlar arzulayıb.
Turnirə sentyabrın 10-da yekun vurulacaq.
11834 oxunub

InvestAZ