XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



UEFA Gənclər Liqasının püşkü atılıb
İdman 11:14 / 02.09.2025

UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümünün püşkü atılıb.

Son Azərbaycan çempionu "Sabah” liqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Komanda bu mərhələdə Fransanın "Nant” klubu ilə qarşılaşacaq.

"Sabah” ilk matçını səfərdə keçirəcək. Bu mərhələnin ilk oyunlarının oktyabrın 22-də, cavab görüşlərinin isə noyabrın 5-də keçirilməsi nəzərdə tutulub.

"Nant” - "Sabah” cütünün qalibi üçüncü təsnifat mərhələsində "Austria” (Vyana, Avstriya) - "Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.


10536 oxunub

InvestAZ