XƏBƏR LENTİ
01 Sentyabr 2025
29 Avqust 2025
28 Avqust 2025
27 Avqust 2025
26 Avqust 2025
25 Avqust 2025



Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib
İdman 11:22 / 01.09.2025
Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib.
Bakı Şəhər Halqasından verilən məlumata görə, tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, gənclər və idman naziri Fərid Qayıbov iştirak edib. Çıxışlarda vurğulanıb ki, belə əhəmiyyətli idman tədbirinin Azərbaycanda keçirilməsi ölkənin idman və mədəni həyatında mühüm hadisədir. Öz növbəsində nazir Fərid Qayıbov Gəncə sakinlərini Oyunlar zamanı idmançıları fəal dəstəkləməyə çağırıb. "Oyunların başlanmasına bir aydan da az vaxt qalıb. Bildiyiniz kimi, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz artıq müxtəlif multi-idman yarışlara ev sahibliyi edib. Lakin ilk dəfə belə böyük idman tədbiri regionlarda keçiriləcək. Gəncədə açılış və bağlanış mərasimləri, eləcə də bir sıra idman növləri üzrə yarışlar təşkil olunacaq”, – deyə o bildirib.
Mərasim çərçivəsində geniş ictimaiyyətə III MDB Oyunlarının rəsmi talismanları – Bəbir və Leyla təqdim olunub.Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə geri sayım saatlarının işə salınması olub.
Tədbir bədii hissə ilə davam edib.
III MDB Oyunları 28 sentyabr - 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.
276 oxunub

InvestAZ