XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Çempionlar Liqasında pley-offun ilk oyunları yekunlaşdı
İdman 09:50 / 21.08.2025

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. İkinci oyun günündə daha dörd qarşılaşma təşkil olunub. Azərbaycanlı azarkeşlərin də əsas marala gölədiyi oyun Türkiyədə baş tutub. İstanbul təmsilçisi "Fənərbağça" doğma meydanda Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşıb. Oyun 0:0 hesablı bərabərliklə başa çatıb. Günün digər oyununda Şotlandiyanın"Seltik" klubu Qazaxıstanın"Kayrat" komandası ilə qarşılaşıb. Bu oyunda da azarkeşlər qol görməyiblər- 0:0. İsveçrədə keçirilən "Bazel" və Danimarkanın"Kopenhagen" komandalarının oyununda da bərabərlik qeydə alınıb. Hərəyə bir dəfə fərqlənən tərəflər cütün taleyini növbəti oyuna saxlayıblar.

Günün məhsuldar oyunu isə Norveçdə qeydə alınıb. "Budyo Qlimt" doğma meydanda Avstriyablb"Ştrum Qrats" klubunu 5:0 hesabı ilə məğlub edərək Liqa mərhələsinə vəsiqəni demək olar ki, təmin edib

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 26-dakeçiriləcək.


13545 oxunub

InvestAZ