XƏBƏR LENTİ
17 Avqust 2025
15 Avqust 2025
14 Avqust 2025
13 Avqust 2025



Füzulidə Şəhid Elnur Əliyevin xatirəsinə ənənəvi güləş turniri keçirilib
İdman 11:14 / 17.08.2025
Avqustun 16-da Füzuli şəhərində 2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış mayor Elnur Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi turnir təşkil olunub.
Olimpiyadunyasi.com xəbər verir ki, kiçikyaşlı yeniyetmələr (U-15) arasında keçirilən yarış artıq 4-cü dəfədir baş tutub.
Azərbaycan Güləş Federasiyası və Füzuli Regional Gənclər və İdman İdarəsinin əsasnaməsinə uyğun keçirilən turnirdə 5 komandadan 100-ə yaxın güləşçi mübarizə aparıb.
Turnirin açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın sonunda qalib və mükafatçılara diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, turnir hər il olduğu kimi şəhid mayor Elnur Əliyevin yaxınlarının və beynəlxalq dərəcəli güləş hakimi Tural Əliyevin təşkilatçılığı ilə keçirilir. Onlar hər il bu əməlləri ilə Şəhid Elnur Əliyevə olan vəfa borclarını ödəyərək sanki bir təsəlli tapırlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

357 oxunub

InvestAZ