XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Bu gün UEFA Superkubokun qalibi müəyyənləşəcək
İdman 13:47 / 13.08.2025
Bu gün futbol üzrə UEFA Superkubokunun qalibinin adına aydınlıq gələcək.
İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçiriləcək həlledici oyunda UEFA Çempionlar Liqasının qalibi olan PSJ (Fransa) və UEFA Avropa Liqasının qalibi "Tottenhem” (İngiltərə) klubları qarşılaşacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Qarşılaşmanı portuqaliyalı Joao Pineyro idarə edəcək. Oyun Azərbaycan futbolu üçün də əlamətdar olacaq. Belə ki, Azərbaycanın FIFA dərəcəli hakimi Elçin Məsiyev də ədalət təmsilçiləri arasında yer alacaq. O, oyunda dördüncü hakim olacaq.
Qeyd edək ki, bu titul hər iki klubun karyerasında qazanacağı ilk Superkubok titulu olacaq.

11995 oxunub

InvestAZ