XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



“Sumo Expo 2025”də Bakıda keçiriləcək dünya çempionatının təqdimatı olub
İdman 15:22 / 12.08.2025

Yaponiyanın Osaka şəhərində baş tutan "Sumo Expo 2025” tədbirində 2026-cı ildə Bakı keçiriləcək dünya çempionatının təqdimatı olub.

Expoda iştirak edən 158 ölkədən yalnız beşi – Azərbaycan, Ukrayna, Monqolustan, Seneqal və Yaponiyadan olan peşəkar idmançılar, rəsmi nümayəndələr ilə tədbirdə bir araya gəliblər.

Tədbirin əsas məqsədi 2026-cı ildə Bakıda keçiriləcək sumo üzrə dünya çempionatının təbliği və bu yarışa qlobal marağın artırılması olub.

Azərbaycanı sərgidə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası təmsil edib. Qurumun vitse-prezidenti Ülvi Ağamirov çıxış edərək çempionatın rəsmi PR videosunu təqdim etməklə yanaşı, maskot AZUMO-nu ictimaiyyətə tanıdıb və hər kəsi Bakıya dəvət edib.

Həmçinin Azərbaycanın Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Gürsel İsmayılzadə, Osaka Expo Azərbaycan Pavilyonunun direktoru Əvəz Muradov və onun komandası da tədbirdə iştirak ediblər.

Diqqət çəkən məqamlardan biri də Yaponiyanın ən nüfuzlu 12 universiteti arasında keçirilən sumo çempionatında Azərbaycan yığmasının üzvü Cavid Yusifovun iştirak etməsi olub. O, açıq çəki kateqoriyasında ilk görüşündə Yaponiya universitetləri üzrə çempion olmuş rəqibini məğlub edib.


11552 oxunub

InvestAZ