XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Çempionlar Liqasında pley-offun iştirakçıları müəyyənləşir
İdman 12:01 / 12.08.2025

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

İlk oyun günündə azarkeşlər 10 qarşılaşma izləyəcəklər.

Azərbaycan azarkeşləri üçün günün ən maraqla gözlənilən oyunu Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Azərbaycan çempionu "Qarabağ" ötən həfdə Skopyedə minimal hesabla (1:0) məğlub etdiyi Simali Makedoniyanın "Şkendiya" kollektivini qəbul edəcək. Günün digər oyununda "Qarabağ"ın mərhələ keçəcəyi təqdirdərəqibi olacaq "Ferenstvaroş" və "Ludoqorets" komandaları üz-üzə gələcək.Türkiyənin "Fənərbağça" klubu isə İstanbulda Niderlandın "Feyenoord" komandasından minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Portuqaliyanın "Benfika" klubu isə cavab oyununda Fransanın"Nitsa" klubunu qəbul edəcək.

Günün bütün oyunlarını təqdim edirik:

12 avqust

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi (cavab oyunları)

Saat 20:00, "Qarabağ" - "Şkendiya" (ilk oyun 1:0)

Saat 21:00, "Kopenhagen" - "Malmö" (0:0)

Saat 21:00, "Fənərbağça" - "Feyenoord" (1:2)

Saat 21:00, "Pafos" - "Dinamo Kiyev" (1:0)

Saat 21:00, "Plzen" - "Reyncers" (0:3)

Saat 21:30, "Brügge" - "Zalsburq" (1:0)

Saat 22:15, "Ferenstvaroş" - "Ludoqorets" (0:0)

Saat 22:15, "Slovan Bratislava" - "Kayrat" (0:1)

Saat 23:00, "Benfika" - "Nitsa" (2:0)

Saat 23:00, "Srvena Zvezda" - "Lex Poznan" (3:1).


10475 oxunub

InvestAZ