XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Çempionlar Liqası: “Qarabağ” pley-offun bir addımlığında
İdman 11:23 / 12.08.2025
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk iştirakçıları müəyyənləşəcək.
Azərbaycan çempionu "Qarabağ”ın da növbəti mərhələdən cəmi bir qələbə və ya heç-heçə ayırır. Ağdam təmsilçisi Bakıda keçirilən III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Oyunun baş hakimi Niderlanddan olan Danni Makkeli olacaq.
Xatırladaq ki, bu komandlar arasında Skopyedə keçirilən ilk oyunda Qurban Qurbanovun komandası minimal hesablı qələbə (1:0) qazanmışdı. Matçda vurulan yeganə qolun müəllifi 18-ci dəqiqədə penaltidən fərqlənən Toral Bayramov olmuşdu.


13516 oxunub

InvestAZ