XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim
İdman 16:57 / 11.08.2025

Azərbaycan triatlonu tarixində yeni səhifə açılıb.

Azərbaycan Triatlon Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, milli komandamızın məşqçisi və təcrübəli hakim Balaheydər Kərimov ilk dəfə olaraq Dünya Triatlon yarışında ölkəmizi beynəlxalq hakim kimi təmsil edib. O, 9-10 avqust tarixlərində Rumıniyanın İzvorani şəhərində keçirilən Yeniyetmələrin Avropa Kubokunda uğurla hakimlik edərək beynəlxalq arenada ilk təcrübəsini qazanıb.

Balaheydər Kərimov triatlon üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında gənc idmançılar beynəlxalq yarışlarda uğurlu nəticələr göstərməklə yanaşı, ölkə daxilində triatlon idman növünün kütləviliyinin artırılması istiqamətində də mühüm işlər görülüb. Hakimlik sahəsində də zəngin təcrübəsi olan B.Kərimovrespublikada keçirilən çoxsaylı yerli və beynəlxalq turnirlərdə, o cümlədən nüfuzlu"IronWind” beynəlxalq triatlon yarışında baş hakim funksiyasını yerinə yetirib.

Beynəlxalq səviyyədə fəaliyyətini daha da genişləndirmək məqsədilə Balaheydər Kərimov 7-8 iyun tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunmuş beynəlxalq hakimlik kursunu uğurla bitirib. Kurs Qırğızıstan Triatlon Federasiyası və Asiya Triatlonunun birgə təşkilatçılığı ilə keçirilib və ona Dünya Triatlon qaydaları, eləcə də beynəlxalq yarışların idarə olunması sahəsində yüksək bilik və bacarıqlar qazandırıb.

Balaheydər Kərimov qeyd edib: "Bu yarış mənim üçün böyük təcrübə oldu. Gələcəkdə ölkəmizi daha çox beynəlxalq triatlon yarışlarında layiqincə təmsil etməyə çalışacağam.”

Azərbaycan Triatlon Federasiyası Balaheydər Kərimovun beynəlxalq hakim kimi debütünü milli triatlonun inkişafı üçün mühüm addım hesab edir və onun fəaliyyətinin gələcəkdə daha böyük uğurlar gətirəcəyinə inanır.


11826 oxunub

InvestAZ