XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları yekunlaşdı
İdman 12:03 / 08.08.2025

Futbol üzrə UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunların başa çatıb.

Qitənin ikinci nüfuzlu klub turnirinin ilk oyunlarına 10 qarşılaşma ilə yekun vurulub. Təşkil olunan oyunlardan 4-də qalib müəyyənləşməyib. Belə ki, "Linkoln" - "Noah" və Zrinjski" - "Bredablik" oyunları 1:1 hesabı ilə yelunlaşıb. PAOK - "Volfsberq" və "Panatinaikos" - "Şaxtyor Donetsk” oyunlarında isə qolsuz heç-heçə qeyə alınıb - 0:0. Digər iki görüşdə meydan sahibləri qələbəyə seviniblər. "AEK Larnaka" klubu "Legiya" 4:1, FKSB isə "Drita"ya 3:2 hesabı ilə qalib gəlib. Günün digər dörd qarşılaşmasında isə qonaqlar qələbəni bayram ediblər. "Midtyulland" "Fredrikstat"a 3:1, "Braqa" "CFR Kluj"a 2:1, "Brann" "Heken"ə 2:0, "Utrext" isə "Servett"ə 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandalar arasında cavab görüşləri bir həftə sonra, start götürəcək.


13319 oxunub

InvestAZ