XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Cüdoçularımız təlim-məşq toplanışında iştirak edirlər - FOTO
İdman 10:05 / 08.08.2025

Kişi cüdoçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışları davam edir.

Azərbaycan Cüdo FederasiyasındanAZƏRTAC-a bildirilib ki, komanda Quba Olimpiya İdman Kompleksində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb edilib. Məşqlərin birinci hissəsi fiziki hazırlığa, ikinci mərhələsi isə tatami üzərində texniki-taktiki çalışmalara həsr olunur.

Toplanışa performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, həmçinin fiziki hazırlıq üzrə böyük məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.

Təlim düşərgəsi VI İslam Həmrəyliyi Oyunları və qarşıdakı digər beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

Milli komanda hazırlığın növbəti hissəsini Bakıda davam etdirəcək. Ardınca cüdoçular sentyabrın 6–19-da Braziliyanın San-Paulu şəhərində təşkil olunacaq beynəlxalq toplanışda iştirak edəcəklər.

Qeyd edək ki, yığmanın son məşqini Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə Qubada keçirilən beynəlxalq yay düşərgəsinin iştirakçıları izləyiblər.


13492 oxunub

InvestAZ