XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək
İdman 12:46 / 05.08.2025
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Qitənin ən nüfuzlu klub turnirində bu gün 4 oyun təşkil olunacaq. Günə Bakı vaxtı ilə saat 21:00-da "Malmö” (İsveç) və "Kopenhagen” (Danimarka) komandalarının oyunu ilə start veriləcək.
Saat 22:00-da daha azarkeşlər daha iki qarşılaşma izləyəcəklər. Ukraynaın Kiyev "Dinamo”su Kiprin "Pafos”, Şimali Makedoniyanın "Şkendiya” klubu isə Azərbaycan təmsilçisi "Qarabağ”la üz-üzə gələcək.
Günün son oyununda - saat 22:45-də isə Şotlandiyanın "Reyncers” komandası Çexiyanın "Viktoriya” klubunu qəbul edəcək.
Qeyd edək ki, bu mərhələnin digər oyunları avqustun 5-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

13618 oxunub

InvestAZ