XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Çempionlar Liqası “Qarabağ” “Şkendiya” ilə üz-üzə
İdman 10:46 / 05.08.2025

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən Azərbaycanın "Qarabağ” klubu növbəti oyununa çıxacaq.

Ağdam təmsilçisi III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Şimali Makedoniyanın "Şkendiya” klubu ilə üz-üzə gələcək. Skopyedəki Todor Proeski Arenada keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi slovakiyalı İvan Krujlyak olacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 12-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xatırladaq ki, "Qarabağ” ikinci təsnifat mərhələsində İrlandiyanın "Şelbrun” komandasını iki oyunun nəticəsinə görə 4:0 (3:0, 1:0), "Şkendiya” isə Rumıniyanın FCSB klubuna 5:2 (3:1, 2:1) hesabı ilə qalib gəlib


14871 oxunub

InvestAZ