XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



"İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib
İdman 17:15 / 04.08.2025
Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhərdəki Akademik Zərifə Əliyeva küçəsində yerləşən "Sağlam məhəllə” idman zonasında "İdman hamı üçün" layihəsi çərçivəsində tədbir keçirilib. Tədbir çərçivəsində ağırlıqqaldırma, boks, voleybol, basketbol, futbol, kəndirlə mübarizə və atletika idman növləri üzrə nümunəvi çıxışlar daha maraqlı alınıb. Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali arasında idmanın təbliği, ona marağın artırılması, fiziki inkişafına, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli keçirməsi olub.
Qeyd edək ki, tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və idarənin nəzdində fəaliyyət göstərən Lənkəran şəhər Uşaq-Gənclər İdman Məktəbinin kollektivi və rayon sakinləri iştirak ediblər.


13429 oxunub

InvestAZ