XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Sərbəst güləş üzrə beynəlxalq təlim-məşq toplanışına start verilib
İdman 21:41 / 02.08.2025
"Qubadlı” Güləş Klubunun təşkilatçılığı ilə sərbəst güləş üzrə beynəlxalq təlim-məşq toplanışına start verilib. Toplanışda ABŞ, Almaniya, Türkiyə, Rusiya, Bolqarıstan və Qazaxıstanın müxtəlif klublarını təmsil edən 120-dən artıq idmançı və məşqçi heyəti iştirak edir.
Tədbirin əsas təşkilatçılarından biri, beynəlxalq dərəcəli güləş hakimi və təcrübəli mütəxəssis Xəyal Əliyev bildirib ki, bu səviyyədə klub formatında toplanış ölkəmizdə ilk dəfədir keçirilir. Onun sözlərinə görə, bu cür beynəlxalq tədbirlər həm Azərbaycan güləşinin inkişafına təkan verir, həm də ölkələrarası dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
"Azərbaycan Güləş Federasiyasının, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin və "Əlizadə Ağayev” adına Qubadlı Güləş Klubunun dəstəyi ilə bu möhtəşəm toplanış reallaşır. Əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm”, - deyə Xəyal Əliyev vurğulayıb.
Qeyd edək ki, təlim-məşq toplanışı başa çatdıqdan sonra avqustun 4-də yerli komandalarla yanaşı, 6 ölkənin iştirakı ilə U15, U17 və U20 yaş kateqoriyaları üzrə "Qubadlı” Güləş Klubunun açıq birinciliyi keçiriləcək.

15564 oxunub

InvestAZ