Xuraman Cavadzadə: "Çalışacağam ki, bu mötəbər yarışda ölkəmizi layiqincə təmsil edim"
İyulun 20-26-da Şimali Makedoniya və Xorvatiyada təşkil olunacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycan taekvondoçuları da qüvvələrini sınayacaqlar.
Skopye Bədən Tərbiyəsi Universitetində keçiriləcək taekvondo yarışlarında ölkəmiz 5 oğlan və 3 qız idmançı ilə təmsil olunacaq. Festivalda iştirak edəcək Azərbaycan taekvondoçuları arasında Xuraman Cavadzadə də yer alır.
Gənc idmançı yarış öncəsi Olimpiyadunyasi.com saytına müsahibəsində hazırlıq prosesindən danışıb.
"Festivalda 44 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcəyəm. Hazırda yarışa hazırlıq prosesimiz federasiyadakı məşq bazasında davam edir. Təlim-məşq toplanışları və il ərzində iştirak etdiyim yarışlar mənim üçün festival öncəsi yüksək formada olmağa imkan yaradıb. Çalışacağam ki, bu mötəbər yarışda ölkəmizi layiqincə təmsil edim və medal uğrunda əzmlə mübarizə aparım.
Xatırladaq ki, taekvondo yarışları bu il ilk dəfə olaraq EYOF yarışlarının təqvim planında yer alıb.
109 oxunub