XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



İngiltərə klubları yaddaqalan mövsüm keçirdilər - FOTO
İdman 15:57 / 29.05.2025

Xəbər verdiyimiz kimi dünən "Çelsi" Konfrans Liqasının finalında İspaniyanın "Betis" komandasına qalib gəlib - 4:1.

Olimpiyadunyasi.com xəbər verir ki, bu qələbədən sonra cari mövsüm İngiltərə Premyer Liqası üçün uğurlu sayılıb. Belə ki, ilk dəfədir ki, beş fərqli Premyer Liqa klubu bir mövsümdə böyük kuboklara sahib olub. "Liverpul" Premyer Liqanın, "Kristal Pelas" FA, "Nyukasl" isə Liqa Kubokuna sahib olub. "Tottenhem" Avropa Liqasının, "Çelsi" isə Konfrans Liqasının əsasə mükafatına yiyələnib. Maraqlıdır ki, İngiltərə Futbol Federasiyası "Mançester Siti"nin qalib gəldiyi "FA Community Shield" turnirini əsas hesab etməyib.

Məlumat üçün bildirək ki, növbəti mövsüm İngiltərə Çempionlar Liqasında altı komanda ilə təmsil olunacaq. Qitənin ən nüfuzlu futbol turnirinə "Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi", "Nyukasl" və "Tottenhem" vəsiqə əldə edib.


4666 oxunub

InvestAZ