XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



3x3 qadın millimiz bu gün "Bakı" mərhələsində 1/4 final oyununa çıxacaq 
İdman 11:18 / 27.05.2025
Bu gün 3x3 basketbol üzrə millimiz Qadın Seriyasının "Bakı" mərhələsi çərçivəsində 1/4 final oyununu keçirəcək.
Yarışda uğurla çıxış edən komandamız C qrupunun lideri olan Latviya yığması ilə qarşılaşacaq. Oyun saat 18:15-də başlayacaq.
Qeyd edək ki, qadın millimiz qrupdakı ilk oyununda Niderland yığmasına 13:19 hesabı ilə məğlub olub. İkinci görüşdə yığmamız Çexiyanın "Praqa" klubuna 16:12 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi 1/4 finala vəsiqə əldə edib.
4431 oxunub

InvestAZ