XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq məsələləri müzakirə olunub
İdman 10:51 / 27.05.2025

Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 20-ci görüşünü keçirib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüşdə nazir son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Tədbirdə 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq məsələləri müzakirə olunub. Oyunların rəsmi saytı barədə məlumat verildikdən sonra ISF U15 Gimnaziada İdman Oyunlarının və idman veteranlarının təqdimatı olub. Həmçinin Azərbaycan İdman Akademiyasında tədris proqramları, federasiyaların qiymətləndirilməsi modeli, nümunəvi nizamnamə və strukturla bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, 2026-cı ilin təqvim planı haqqında məlumat verilib. Sonda "tedbirvar.az” platforması təqdim olunub, federasiyaların sosial media fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


4150 oxunub

InvestAZ