XƏBƏR LENTİ
24 May 2025
23 May 2025
22 May 2025
21 May 2025
20 May 2025



Basketbolçu hakimi vurub 
İdman 21:31 / 23.05.2025

"Oklahoma City Thunder"ın basketbolçusu Luguentz Dort oyun zamanı səhvən hakimə zərbə endirib.

Hadisə NBA Qərb Konfransı finalının "Oklahoma" və "Minnesota Timberwolves" arasında keçirilən ikinci qarşılaşmasında (seriyada 118:103, 2:0) baş verib. Dort sıçrayış edərkən hakim Skott Fosteri vurub. Nəticədə, Fosterin burnunun qanamasına səbəbindən matç bir neçə dəqiqəlik dayanıb.

Məlumat üçün bildirək ki, komandalar arasında üçüncü oyun mayın 25-də Minneapolisdə təşkil ediləcək. Seriya dörd qələbəyə qədər davam edəcək.


260 oxunub

InvestAZ