Şənbə günü Monakoda keçiriləcək Formula 1 Qran Prisi üçün hazırlıqlar davam edir.
"Ferrari" monakolu pilotu Şarl Lekler üçün yeni dəbilqə hazırlayıb. "Solğun mavi rəng uşaq vaxtından məni özünə cəlb edib. Doğma evimdə bu rənglə çıxış etmək mənə əlavə güc verəcək", - deyə Lekler sosial media səhifəsində yazıb.