Bu gün futbol üzrə Misli Premyer Liqasında sonuncu turun oyunlarına start veriləcək.
XXXVI turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Turun açılış oyununda "Səbail" klubu "ASCO Arena”da "Sumqayıt"la qarşılaşacaq.
Saat 19:30-da start götürəcək oyunun baş hakimi Rəşad Əhmədov olacaq.
Qeyd edək ki, "Sumqayıt” komandası 35 turdan sonra 30 xalla 9-cu pillədə qərarlaşıb. Aktivində 22 xalı olan "Səbail” isə onuncudur.
Qeyd edək ki, sonuncu pillədə yer alan "Səbail”in artıq Premyer Liqa ilə vidalaşacağı dəqiqləşib.
Turun digər oyunları mayın 24-25-də keçiriləcək.
176 oxunub