XƏBƏR LENTİ
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



17 boksçumuz “Heydər Əliyev Kuboku-2025”in finalına yüksəlib
İdman 11:36 / 21.05.2025

Azərbaycanın 6 oğlan, 11 qız boksçusu Bakıda yeniyetmələr arasında təşkil olunan "Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin final mərhələsinə vəsiqə qazanıb.

Olimpiyadunyasi.com xəbər verir ki, Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oğlanların həlledici görüşündə 44 kq-da təmsilçilərimiz bir-biri ilə üz-üzə gələcəklər.

Qızların mübarizəsində isə 4 çəki dərəcəsində (46 kq, 48 kq, 50 kq, 52 kq) Azərbaycan finalı olacaq.

Azərbaycanın 18 boksçusu isə artıq bürünc medalı rəsmiləşdirib. Həsrət Məmmədov, Abdulrahim Məmmədov (hər ikisi 44 kq), Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Əli Camalzadə (52 kq), Sadiq Musayev (54 kq), Yusif Həsənli, Əflatun İsmiyev (hər ikisi 57 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Nicat İmanov, Hüseyn Vahabov (hər ikisi 75 kq), Fatimə Əliyeva, Zəhra Səlimzadə (hər ikisi 54 kq), Səma Hüseynova, Mirruqiyyə Abduməcidova (hər ikisi 57 kq), Mədinə Məmmədova (60 kq) və Səma Abbasova (70 kq) turniri 3-cü pillədə başa vurublar.


3152 oxunub

InvestAZ