XƏBƏR LENTİ
19 May 2025
18 May 2025
16 May 2025
15 May 2025
14 May 2025



Azərbaycan badmintonu tarixində ilk
İdman 14:17 / 19.05.2025

Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.

2025-ci ilin 25-31 avqustunda Fransanın paytaxtı Paris şəhərində keçiriləcək dünya çempionatında 4 kateqoriya üzrə 6 badmintonçumuz reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb. Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadın badmintonçuların şəxsi yarışında Keişa Fatimə Zəhra, Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu qoşası və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi dünya çempionatında təmsil edəcək.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçularımızın Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.


40 oxunub

InvestAZ